ELM VƏ TƏHSİL


Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC 

AMEA-nın Radiasiya Problemləri İnstitutunda radiasiya materialşünaslığı ixtisası üzrə qəbul olunan I kurs və hazırda təhsil alan II kurs magistrantlarla görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə təşkil olunan görüşdə çıxış edən elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov magistrantlara uğurlar arzu edib.

O.Səmədov, həmçinin müəssisə əməkdaşlarının, magistrant, doktorant və dissertantların karantin rejimi dövründə müvafiq qaydalara tam əməl etməklə nümunəvi davrandığını və alimlərimizin izolyasiya şəraitində fəaliyyət göstərdiklərini vurğulayıb.

Görüşün sonunda II kurs magistrantların bu gündən etibarən distant tədrisə başlayacaqları diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.