CƏMİYYƏT


Ramazan ayı tütün məhsullarından istifadəni tərgitmək üçün fürsət ola bilər

Ramazan ayı tütün məhsullarından istifadəni tərgitmək üçün fürsət ola bilər

Bakı, 30 mart, AZƏRTAC

Türk professor Qalip Ekuklu Ramazan ayının tütün məhsullarından istifadəni tərgitmək üçün fürsət olduğunu deyib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, oruc tutan şəxslərin iftarda tütün məhsullarından istifadə etməsi olduqca zərərlidir.

Professor Ramazan ayında iftar vaxtı başlayan kimi tütündən istifadə etməyin mədədə turşu ifrazının artmasına səbəb olduğunu deyib: “Turşu ifrazının artması orqanizmdə bir çox xəstəlik yarada bilər. Tüstü mədə ilə yanaşı, ağciyərlərə də mənfi təsir göstərir”.

Ramazan ayının siqareti atmaq üçün fürsət olduğunu vurğulayan professor: "Ramazan ayında siqaret çəkənlər günün uzun vaxtını siqaretsiz keçirirlər. Siqaretin nikotin və psixoloji asılılıq olmaqla iki asılılıq növü var. Psixoloji asılılıqdan əziyyət çəkən insanlar Ramazan ayında oruc tutmaqla bu problemdən xilas ola bilərlər. Nikotin asılılığı isə daha ciddi problemdir. Siqareti tərgitmək niyyəti olan bu şəxslər mütəxəssisdən yardım almalıdırlar”, - deyə bildirib.

O, vurğulayıb ki, siqareti tərgitmək istəyənlər mütləq qətiyyətlə hərəkət etməlidir. Ramazan ayında siqareti atmaq istəyənlər üçün qərarlı olmaq olduqca vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.