DÜNYA


Ramazan ayına məxsus təravih namazlarından biri 88 il aradan sonra ilk dəfə Ayasofyada qılınacaq

Ramazan ayına məxsus təravih namazlarından biri 88 il aradan sonra ilk dəfə Ayasofyada qılınacaq

İstanbul, 7 aprel, AZƏRTAC

Müsəlman aləmi üçün müqəddəs hesab edilən üç ayların ən başlıcası olan Ramazana məxsus təravih namazlarından biri İstanbulun Ayasofya məbədində qılınacaq. Bu, 88 il sonra məbəddə qılınan ilk təravih namazı olacaq.

AZƏRTAC xəbər verir ki, ümumiyyətlə, Ramazan ayı ilə əlaqədar məsciddə silsilə tədbirlər keçirilir, bu aya məxsus xüsusi ibadətlər edilir.

Xatırladaq ki, 2020-ci il iyulun 24-də Ayasofya məbədi 86 ildən sonra ilk cümə namazı ilə məscid olaraq ibadətə açılıb. Bununla əlaqədar ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar açılış mərasimində iştirak etmək üçün İstanbula axın ediblər. Şəhərin Ayasofyaya yaxın 21 məscidi buraya gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub.

Məsciddə ilk Ramazan bayramı namazı isə 87 il aradan sonra 2021-ci il mayın 13-də qılınıb.

Qeyd edək ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.