REGİONLAR


Ravşan Dastirov: II Milli Yaylaq Festivalı hamımızın yaddaşında uzun illər qalacaq

Göygöl, 29 iyul, AZƏRTAC

Festivala dəvət almaq bizim üçün çox xoş oldu. Bizim nümayəndə heyətinin tərkibində jurnalistlər, televiziya işçiləri, həmçinin tanınmış aparıcılar var. İnanıram ki, II Milli Yaylaq Festivalı hamımızın yaddaşında uzun illər qalacaq.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə II Milli Yaylaq Festivalın iştirakçısı, Özbəkistanın Belboqli Kuraş Federasiyasının prezidenti Ravşan Dastirov bildirib.

“Bizim idmançılar festivalda xüsusi nömrələrlə çıxış edəcəklər. Belboqli Kuraş qədim milli döyüş növüdür. Bu idman növünün tarixi çox qədimdir”, - deyə Ravşan Dastirov vurğulayıb.

Festivalın çox möhtəşəm təşkil olunduğunu söyləyən özbəkistanlı qonaq deyib: “Burada bütün festival iştirakçılarına səmimi münasibət var. Təşkilatçılara təşəkkür edirəm ki, belə gözəl festival təşkil ediblər. Burada dostlarımızla qarşılaşırıq, eyni zamanda, müxtəlif ölkələrdən olan və müxtəlif mədəniyyətlərə sahib insanlarla tanış oluruq. Belə festivalların davamlı olması naminə gələcək planlar barədə müzakirələr aparırıq. Bu gözəl festivalda iştirakımızdan çox şad və məmnunuq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.