İDMAN


“Real Madrid” Mauro İkardi üçün 110 milyon avro ödəməyə hazırdır VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

“Real Madrid” klubu “Milan”ın argentinalı hücumçusu Mauro İkardini heyətinə qatmağa çalışır.

AZƏRTAC “Calciomercato” qəzetinə istinadla xəbər verir ki, Madrid təmsilçisi futbolçunun transferi üçün 110 milyon avro təklif etməyə hazırlaşır. “Real”ın rəhbərliyi qış transfer pəncərəsində Mauro İkardinin keçidi ilə bağlı müraciət etməyi planlaşdırır və futbolçunu heyətdə Kərim Benzemanı əvəz etməyi düşünür.

İkardi də transferlə bağlı düşündüyü üçün "İnter" ilə yeni müqavilə bağlamaq istəmir. Oyunçu ilə klubun mövcud müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.

Bu mövsüm Mauro İkardi 11 matçda 8 qol vurub və iki məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.