İDMAN


“Real Madrid” klubu “Adidas” şirkəti ilə 1,6 milyard avroluq müqavilə imzalayıb

Bakı, 20 aprel, AZƏRTAC

“Real Madrid” futbol klubu ilə sponsoru “Adidas” şirkəti arasında yeni müqavilə imzalanıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, müqaviləyə əsasən, “Adidas” şirkəti 12 il ərzində Madrid təmsilçisinə 1,6 milyard avro ödəyəcək. Həmçinin şirkət Madrid klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda reklam zonası əldə edəcək.

Qeyd edək ki, “Barselona” klubunun sponsoru “Nike” şirkəti hər il Kataloniya təmsilçisinə 155 milyon avro ödəyir. “Mançester Yunayted” isə “Adidas” şirkətindən ildə 94 milyon avro alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.