İDMAN


“Real Madrid” öz meydanında “Mançester Siti”yə, “Yuventus” isə səfərdə “Lion”a məğlub olub

Bakı, 27 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 26-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdədir final mərhələsinin daha iki oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Fransanın “Lion” klubu İtaliyanın “Yuventus” komandasını qəbul edib. “Groupama” stadionunda keçirilən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb (1:0). Oyunun 31-ci dəqiqəsində fransızların yarımmüdafiəçisi Lukas Tousart fərqlənib.

Günün digər maraq doğuran oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə “Real Madrid”in qonağı olub. Birinci hissədə rəqiblər bir neçə təhlükəli vəziyyət yaratsa da hesab açılmayıb. Fasilədən sonra matçın 60-cı dəqiqəsində Madrid təmsilçisi hesabı açıb. İsko braziliyalı Vinisiusun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Buraxılan qoldan sonra hücuma atılan qonaqlar beş dəqiqə ərzində “Real Madrid” klubunun qapısına iki qol vurub. Əvvəlcə Qabriel Jesus sonra isə Kevin de Brüyne fərqləniblər.

Oyunun 85-ci dəqiqəsində baş hakim Daniel Orsato Serxio Ramosa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Bu komandalar arasındakı cavab görüşü martın 17-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.