İDMAN
“Real Madrid”in müdafiəçisi zədələnib
Bakı, 7 sentyabr, AZƏRTAC
İspaniya millisinin və “Real Madrid” futbol klubunun müdafiəçisi Serxio Regilon zədələnib.
AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Serxio Regilon 2019-2020-ci il mövsümündə icarə əsasında “Sevilya”da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi “Sevilya”nın heyətində keçirdiyi 38 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]