CƏMİYYƏT


Reanimasiya şöbəsində müalicə alan koronaviruslu xəstələrin sayı 350-yə yaxındır

Bakı, 5 iyul, AZƏRTAC 

İyulun 4-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6846 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 509 min 811-ə çatıb.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8269-a bərabərdir. Xəstələrdən 342 nəfəri reanimasiyadadır ki, onlardan da 61-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 4-də Azərbaycanda koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11 min 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.