CƏMİYYƏT


Reanimasiya şöbəsində müalicəsini davam etdirən xəstələrdən 67-si süni tənəffüs cihazına qoşulub

Bakı, 16 iyul, AZƏRTAC 

İyulun 15-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8312 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 592 min 778-ə çatıb.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8651-ə bərabərdir. Xəstələrdən 347 nəfəri reanimasiyadadır ki, onlardan da 67-si süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 15-də Azərbaycanda koronavirus infeksiyasına daha 559 yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 25 min 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.