SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə və bizi məhəbbətlə bağrına basan Azərbaycan xalqına təşəkkür edirəm

İstanbul, 29 may, AZƏRTAC

Qarabağ Zəfəri ilə Qafqazda yeni dövr başladı. Bu qələbə dastanı bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz. Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Türkiyəyə geri dönərkən jurnalistlərə verdiyi açıqlamada bildirib.

Qeyd edilib ki, Türkiyə olaraq biz, tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq.

Regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyi artırmağa davam edəcəklərini vurğulayan Türkiyə Prezidenti deyib: “Qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə inşallah iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu və qismətimizi açıq etsin”.

“Prezident İlham Əliyevə və bizi məhəbbətlə bağrına basan Azərbaycan xalqına təşəkkür edirəm. “TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan dövləti, nazirliklərimiz, şirkətlərimiz, rəsmi qurumlarımız və T3 Fondunu səmimi-qəlbdən təbrik edirəm”, - deyə Türkiyə Prezidenti bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.