CƏMİYYƏT


Region gənclərinin Karyera Qış Məktəbi layihəsi yekunlaşıb

Bakı, 19 mart, AZƏRTAC

“Gəncliyə Dəstək” İctimai Birliyinin (İB) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” layihəsi yekunlaşıb.

İB-dən AZƏRTAC-a bildirilib ki, icrası 3 ay davam edən layihə çərçivəsində Zərdab və Ucardan olan 17 gəncin iştirakı ilə Göyçay şəhərində Karyera Qış Məktəbi təşkil olunub.

Layihədə iştirak edən gənclərə uğurlu karyera yolunda nə etməli və hansı bacarıqlarını inkişaf etdirməli olduqları aşılanıb. Layihə çərçivəsində uğur qazanmış şəxslərin iştirakı ilə panel görüşü keçirilib. Göyçay rayon Gənclər Evində keçirilmiş görüşdə Gənclər Evinin direktoru Fərid Əkbərov, GİKM Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov, Qadın Resurs Mərkəzinin rəhbəri Vüsalə Məmmədova və başqaları iştirak etmiş, gənclərə öz həyat təcrübələrindən danışmış və tövsiyələrini vermişlər.

Məktəbdə gənclər “Karyera nədir?", "Necə uğurlu karyera qurmaq olar?”, “Peşəkar CV hazırlama qaydaları”, “Müsahibə”, “Şəxsi brendinq və işaxtarma texnikaları” və “Peşəkar imeyl yazma qaydaları”, “Komanda işi”, “Startap nədir və necə idarə olunur?” mövzularında təlimlərə cəlb olunublar.

İştirakçılarla birlikdə həmçinin infotur təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.