Regional təhsil idarələrinin PR fəaliyyəti üzrə onlayn görüş keçirilib
AzerTAg.az
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də regional təhsil idarələri tərəfindən PR və kommunikasiya işinin təşkili ilə bağlı onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları, regional təhsil idarələrinin müdirləri və idarələrə daxil olan bölgələr üzrə PR əməkdaşları iştirak ediblər. Yeni yaradılan idarələr tərəfindən ictimaiyyətin düzgün və dolğun məlumatlandırılması, sosial media üzərindən aktiv və davamlı paylaşımların təşkili, uğurlu kommunikasiya işinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları mövzu ətrafında fikir və təkliflərini bölüşüblər.



Xəbərin mətnində orfoqrafik səhv var