Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Regionun təhlükəsizliyi: Azərbaycan rəhbərliyinin təşəbbüsləri işığında

Regionun təhlükəsizliyi: Azərbaycan rəhbərliyinin təşəbbüsləri işığında

Cənubi Qafqaz dünyanın təhlükəsizlik aspektində ən həssas məkanlarından biri olaraq qalmaqdadır. İyul ayında Rusiyanın müdafiə nazirinin burada hərbi münaqişələrin mümkünlüyü barədə danışmasından sonra bu məsələyə ekspertlər daha çox diqqət yetirməyə başlayıblar. Etiraf olunur ki, bütövlükdə regionda geosiyasi və təhlükəsizlik sahəsində vəziyyət mürəkkəbdir, kifayət qədər dayanıqlı deyil. Buraya təbii ki, yaxın regionlarda müşahidə edilən geosiyasi silkələnmələr də təsir göstərir. O cümlədən Suriyadakı ağır durum və terror qruplarının geniş məkanlara nüfuz etmək cəhdləri bir sıra suallar yaradır. Bundan başqa, böyük dövlətlərin həyata keçirdiyi siyasət Cənubi Qafqaza öz təsirini göstərməkdədir. Ancaq bu da reallıqdır ki, vəziyyət, əsasən, Cənubi Qafqaz ölkələrinin özlərinin həyata keçirdiyi siyasətdən asılıdır. Qafqazın bu və ya digər ölkəsi nə cür siyasi xətt yeridir? Regionda sabitliyi təmin etmək istiqamətində konkret proqramlar həyata keçirilirmi?

Hərbi münaqişə ssenarisi: Cənubi Qafqazın həssas "nöqtələri"

Yaşadığımız regionun təhlükəsizliyi məsələsi öz aktuallığını saxlayır. Siyasətçilər bu barədə mütəmadi olaraq danışırlar. Ekspertlərin qiymətləndirmələrinə görə, bu problem son zamanlar daha da həssaslaşıb. Xüsusilə bu ilin iyul ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səsləndirdiyi bir bəyanat çox düşündürücüdür. Onda S.Şoyqu demişdi: "Dünyadakı vəziyyətin inkişafının təhlili göstərir ki, yaxın perspektivdə hərbi münaqişələrin yaranması ehtimalı qalır. Suriya böhranı kimi situasiyalar istənilən ölkədə, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində də meydana gətirilə bilər. Bu şəraitdə Rusiya potensial təhlükələrə adekvat reaksiya verməyə məcbur olacaq" (bax: Шойгу констатировал сохранение вероятности новых военных конфликтов у границ РФ/ "Interfax.ru", 15 iyul 2016).

Doğrudan da, bu fikirlərdən dərhal sonra Türkiyə və Ermənistanda münaqişələr yarandı, Qazaxıstanda da bir-birinin ardınca terror hadisələri baş verdi. Türkiyə hərbi çevrilişin baş tutmasına imkan vermədi, lakin itki çox oldu. İndi də hakimiyyət həmin hadisənin nəticələrini aradan qaldırmaq üçün ciddi surətdə çalışır. Getdikcə aydın olur ki, bu hadisənin arxasında xarici qüvvələr dayanır. Yəni o, yalnız daxili faktorlarla şərtlənmir.

Ermənistan olayları da xeyli düşündürücü təsir bağışlayır. İrəvanın uzun illərdir yeritdiyi məntiqsiz və reallıqdan uzaq siyasətin nəticəsi kimi bir qrupun üsyan etməsi tamamilə gözləniləndir. Bununla yanaşı, bu aksiyanın da kənardan olan sifarişlə həyata keçirildiyi barədə fikirlər səslənir.

Gürcüstan müxalifətinin səsləndirdiyi fikirlərə görə, ölkədə kriminogen vəziyyət getdikcə ağırlaşır. Hətta gizli hərbi hissəyə əvvəllər xarici kəşfiyyata işləmiş keçmiş hərbçinin buraxılması ilə bağlı qalmaqal da qalxmışdı. Bu hadisədən sonra güc strukturlarında bir sıra vəzifəlilər istefaya göndərilib. Müdafiə naziri də öz postunu tərk edib. Onun yerinə isə təhlükəsizlik xidmətindən kadr gətirilib. Bu, hakimiyyətin güc strukturlarını daha çox nəzarət altına alması kimi qiymətləndirilir (bax: Единственный выход – "выйти" из региона / "Грузия Online", 10 avqust 2016).

Tbilisinin bu addımları təsadüfi deyil. Ölkədə mümkün iğtişaşların qarşını almaq üçün təhlükəsizlik tədbirlərini və güc strukturlarına nəzarəti yüksəltmək lazımdır. Gürcüstan siyasi dairələri Türkiyə və Ermənistanda baş verənlərdən örnək götürmək lazım gəldiyini deyirlər. Ekspertlər etiraf edirlər ki, Gürcüstan təkbaşına təhlükələrə qarşı durmaq iqtidarında deyil. O cümlədən Rusiya tərəfdən gələn təzyiqlərin qarşısını ala bilməz. Buna görə də bir sıra siyasətçilər qəribə görünən təklif edirlər. Onlar hesab edirlər ki, Gürcüstan regionu məcazi mənada "tərk edərək" təhlükəsizliyini Qərb və NATO ilə sıx əlaqələndirməli, onlardan "çətir" kimi istifadə etməlidir (bax: əvvəlki mənbəyə).

Ancaq, açıq desək, bunun səmərəli bir yol olduğunu düşünmürük. Çünki, birincisi, regiondan hansı mənada "çıxsan" da, coğrafi, iqtisadi, mədəni, hərbi və s. aspektlərdə burada mövcud olaraq qalacaqsan. İkincisi, təcrübə göstərir ki, Qərbə "çətir" kimi baxanlar yarıyolda qalırlar. Faktiki olaraq onların heç biri ardıcıl olaraq təhlükəsizliyini təmin edə bilmir. Təkcə Ukraynanı xatırlamaq kifayətdir. Gürcüstan heç də Ukraynanın yerləşdiyi məkandan daha az ziddiyyətli geosiyasi mühitdə yerləşmir. Tbilisinin özünümüdafiə imkanları da Kiyevdən dəfələrlə azdır.

Sabitliyin təmini: rəsmi Bakının konkret proqramları

Nəhayət, faktiki olaraq Gürcüstanın iki regionunun xarici qüvvələr tərəfindən zəbt edilməsinə Qərb mane ola bilmədi. O vaxtdan nə dəyişib ki? Əksinə, Rusiya indi daha iddialı və güclüdür. Onun qarşısını hərbi yolla çətin ki, Cənubi Qafqazda kimsə kəsə bilsin. Bu səbəblərdən Gürcüstanda bir sıra müxalif qrupların Qərbi təhlükəsizliyin təminatçısı kimi görməyə çalışması növbəti yanlışlıq olub reallığı tam görə bilməməyin əlamətidir.

Belə çıxır ki, Ermənistan və Gürcüstanda təhlükəsizliyin təmini ilə bağlı ciddi narahatlıqlar vardır. İrəvan vəziyyətdən KTMT-nin üzvü olmasını göstərərək çıxmağa çalışır. Avqustun 16-da bu təşkilatın müdafiə nazirlərinin İrəvandakı toplantısından sonra erməni hərbi dairələri müdafiənin güclənməsi aspektində müəyyən informasiyalar yayıblar.

O cümlədən Ermənistan müdafiə nazirinin müavini Rusiyadan 200 milyonluq silah alınması prosesinin 80 faiz yerinə yetirildiyi haqqında məlumat verib. Ermənistan KİV-in yazdığına görə, Rusiyanın müdafiə naziri isə bununla bağlı suala cavab verməyib (bax: Сергей Шойгу не ответил на вопрос, когда состоится поставка в Армению оружия в рамках кредита на $200 млн / "Tert.am", 16 avqust 2016).

Bunlardan başqa, Rusiya və Ermənistan hərbi rəhbərliyi Cənubi Qafqazda təhlükəsizliyin təmini məsələsini də müzakirə etdiklərini bildiriblər. S.Şoyqu erməni həmkarı ilə görüşdə deyib: "Belə düşünürəm ki, bu gün biz regionda təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edə bilərik. Plan çox dinamikdir və çoxlu sayda tədbirləri nəzərdə tutur" (bax: Шойгу обсудил с армянским коллегой безопасность в Закавказском регионе / "РИА Новости", 16 avqust 2016). Bunların fonunda erməni ekspertlər Rusiya ilə Ermənistanın birgə hərbi qruplaşma yaratmaqla bağlı irəliyə doğru bir addım da atdığını ifadə edirlər.

Xatırladaq ki, təqribən eyni məzmunda fikri S.Şoyqu Bakıda da bildirmişdi. Bu, o deməkdir ki, Rusiya regionun təhlükəsizliyi məsələsinə kompleks şəkildə baxır. Moskva mümkün qədər balanslaşmış yanaşma ilə Cənubi Qafqazda silkələnmələrin qarşısını almaq istəyir. Lakin region dövlətlərinin özlərinin aktiv surətdə müasir tələblərə uyğun siyasət yeritməsi də mühüm şərtdir. Yuxarıdakı təhlildən görünür ki, Ermənistan və Gürcüstan bu istiqamətdə lazımi səviyyədə ardıcıl və sistemli işlər görə bilmirlər.

Azərbaycana gəldikdə isə, o, regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də təhlükəsizliyin təminində sistemli addımlar atır. Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təminində həlledici rol oynayır. Ermənistan və Gürcüstan kənardan böyük yardımlar hesabına təhlükəsizliklərini saxlamaq xəttini tutublarsa, Azərbaycan konkret layihələri, siyasi, hərbi, təhlükəsizlik təklifləri ilə regionun sabitliyi və inkişafı üçün çalışır.

Burada Bakının siyasi addımları ilə əməkdaşlıq üsullarını təkmilləşdirmək sahəsində həyata keçirdiyi proqramları xüsusi qeyd etmək lazımdır. Fikir verin, Azərbaycan regionun bütün böyük dövlətləri ilə müxtəlif sahələri əhatə edən müzakirələr aparır, enerji layihələri yerinə yetirirsə, İrəvan gah Moskvaya, gah da Vaşinqtona irad bildirir və praktiki olaraq heç bir addım atmır. Eynilə rəsmi Tbilisi təhlükəsizliyi üçün Qərblə Rusiya arasında tərəddüd edir, lakin konkret bir təklif irəli sürməkdə çətinlik çəkir.

Azərbaycan hazırda bütövlükdə regionun inkişafına və təhlükəsizliyin təmininə xidmət edən dəqiq addımlar atmaqdadır. Bakı Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda maraqlarını uyğunlaşdıra bilən yeganə dövlətdir. Bu faktı heç kəs inkar edə bilməz. Bu səbəbdən, demək olar ki, regional təhlükəsizlik xeyli dərəcədə Azərbaycanın aktiv xarici siyasi fəaliyyəti ilə əlaqəlidir. Yaxın perspektivdə də belə olacağını proqnozlaşdırmaq mümkündür.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır