Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rejissor Vahid Mustafayev: Bizim dövlətimiz güclüdür və nə istədiyini bilir VİDEO

Rejissor Vahid Mustafayev: Bizim dövlətimiz güclüdür və nə istədiyini bilir VİDEO

Bakı, 11 sentyabr, Aygün Həsənova, Xanım Nağıyeva, AZƏRTAC

Xəbər verdiyimiz kimi, rejissor Vahid Mustafayevin 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi Monreal Beynəlxalq Film Festivalında nümayiş olunub və mükafata layiq görülüb. Vahid Mustafayevlə görüşüb yaradıcılığı barədə söhbətləşdik. Onunla müsahibəni təqdim edirik.

-Vahid müəllim, bu yaxında rejissoru olduğunuz "Qanlı Yanvar" filminiz Monrealda ikinci dəfə nümayiş olundu. Film necə qarşılandı? Tamaşaçılar Azərbaycanın keçdiyi müstəqillik yolunu yetərincə duya bildilərmi?

-Monreal festivalı dünyada Beynəlxalq Film İstehsalçıları Federasiyası Assosiasiyası tərəfindən keçirilən ən yüksək səviyyəli festivallardan hesab olunur. Burada dünyanın ən seçmə filmləri qəbul edilir və nümayiş olunur. Eyni zamanda, bu festival kinematoqrafiyada “yeni söz”ün festivalıdır. Həmçinin kommersiya baxımından dünya film distribütorlarının yeni film bazarları açması üçün çox mühüm bir festivaldır. Monreal, Kann və Venesiya festivalları dünyaya yeni rejissorları və onların işlərini tanıdır. Bu baxımdan Monreal festivalı dünyada çox vacib bir yer tutur. Biz çox şadıq ki, 345 filmdən məhz bizim “Qanlı Yanvar” filmimiz seçilib.

Azərbaycan birinci dəfə deyil ki, Monreal film festivalında iştirak edir. İyirmi il bundan öncə burada bizim görkəmli rejissorumuz Ayaz Salayev “Yarasa”, 10 il qabaq isə rejissor Şamil Nəcəfzadə “Qala” filmləri ilə iştirak ediblər. Mənim filmim Monreal festivalında iştirak edən 3-cü filmdir. Biz çox yüksək səviyyədə qarşılandıq. Festivalın prezidenti Serj Losik tərəfindən filmimiz qiymətləndirildi, bizə mükafat və xüsusi diplom verildi. Düşünürəm ki, bu tək mənim və yaradıcı qrupun yox, bütün Azərbaycanın uğurudur.

-İstər aktyor seçimi, istər büdcə, istərsə də rejissor baxımından bu filmlə Azərbaycan kinematoqrafiyasına hansı yenilikləri gətirə bildiniz?

-Bu il Qanlı Yanvar hadisəsindən 25 il ötür. Biz də çalışdıq ki, bu həqiqətləri tamaşaçılara çatdıraq. Bu gün 25 yaşlı gənclər var ki, o hadisədən sonra doğulublar. Sözsüz ki, onlar o hadisənin canlı şahidləri deyillər. Sadəcə olaraq kitablardan, internet resurslarından məlumat alıblar. Orada olan məlumatlar isə şaxəlidir və dəqiq olmayan mənbələr də var. Ona görə, zərurət yarandı ki, biz bu filmi çəkək, hadisələrin necə baş verməsi, necə cərəyan etməsi, o vaxtın ab-havası və ən əsası Azərbaycan xalqının şücaətini tamaşaçılara çatdıraq. Film iki fərqli nəsil üçün istiqamətlənib. Bizim yaşda olan və bizdən böyüklər bu filmdə sadəcə nostalgiya görəcəklər. Gənc nəsil üçün isə bu bir şücaət və qəhrəmanlıq dərsidir. Azərbaycanlıların qeyrəti, döyüş əzmi, savaşa hazırlığı və ən əsası hər bir azərbaycanlının ürəyində çırpınan azadlıq eşqi... Bunları çatdırmaq istədik və mənə elə gəlir ki, müvəffəq olduq. Məhz bu film Monrealda mükafat aldı və festivalın prezidenti Serj Losik də çıxışında bu məqamlara daha çox toxundu.

-Filmləriniz əsasən Qarabağ və vətənpərvərlik mövzularındadır. Elə ən son çəkdiyiniz "Yaddaş", "Xoca", "Qanlı Yanvar" və digər filmlər. Bu filmlər 1990-cı illərdə yaşadıqlarınız və gördüklərinizin izləri sayıla bilərmi?

-Sizin sadaladıqlarınızdan başqa mənim çəkdiyim “Seçilən” və “Bulağıstan” filmləri də var. Bu filmlərin hamısı bizim müasir tariximizə aid olan ekran əsərləridir.

-Dünya Xocalı faciəsini Çingiz Mustafayevin gözləri ilə gördü. 20 ildən artıq bir müddətdən sonra isə dünya bu hadisələrə sizin gözünüzlə baxdı. Bu baxışlarda hansı fərqlər var?

-20 ildir ki, Xocalı haqqında danışanda biz dünyaya Çingizin çəkdiyi təsvirləri göstərirdik. Lakin bu təsvirlərə baxmaq nəinki xaricdə, Azərbaycanda da çox ağırdır. Yəqin ki, bir çox ailələrdə bu kadrlara baxmaq uşaqlara qadağan olunur. Bizim də əsas məqsədlərimizdən biri o idi ki, bu dəhşət və vəhşilikləri bütün dünyaya göstərək. Dünya baxsın və bizim başımıza gətirilən bu soyqırımı görüb özləri qiymət versinlər.

“Xoca” filmi bir məhəbbət nağılıdır. İki gəncin bir-birlərini sevməsi haqqında bir hekayədir. Bu hekayə Xocalı hadisəsi fonunda baş verir.

Mən hesab edirəm ki, dünyada bütün filmlərin qayəsi eynidir. Bütün filmlərdə olan personajlar daha yaxşı həyat uğrunda mübarizə aparırlar. Dəyişən, bir filmi digərindən fərqləndirən isə personajlar və səhnəarxası fondur. “Yaddaş”, “Xoca” və “Qanlı Yanvar” filmlərində personajlar şücaətli və qeyrətli azərbaycanlılar, fon isə Azərbaycan torpağıdır.

-Elə “Xoca” filmindən söz düşmüşkən, bu ekran əsərinin 20 il gec çəkilməyinə görə üzr istəmək böyük cəsarət tələb edirdi. Siz bu cəsarəti necə tapdınız?

-Mən hesab etmirəm ki, bu, cəsarətdir. Bu, sadəcə olaraq bir mesaj idi. Bununla məşğul olan bir çox qurumlara bu işi vaxtında görmədiklərinə görə mənim tərəfimdən göndərilən bir mesajdır. Azərbaycan xalqının qarşısında isə sözsüz ki, mənim üzrxahlığımdır. Ona görə ki, mən də, adlarını çəkmədiyim qurumlar kimi bunu 20 il əvvəl edə bilərdim. Amma hansı səbəblərdənsə edə bilmədim. Sözsüz ki, hər bir vətəndaşın xalqı qarşısında borcu var. Mənim də borcum var. Mən özümə görə üzr istədim.

-Qarabağ müharibəsini işıqlandıran ilk reportyorlardan biri olmusunuz. İndi müharibə başlasa, müasir Azərbaycan mediası özünü necə aparacaq?

-Düşünürəm ki, bir-neçə “sayt” və “qəzet”ləri nəzərə almasaq, bizim çox güclü mediamız var. Başda AZƏRTAC olmaqla bizim çox gözəl informasiya agentliklərimiz və müxbirlər pleyadası mövcuddur. Bu gün müharibə başlasa, bunu işıqlandırmaq üçün çox peşəkar jurnalistlərimiz var. Bu gün bizim vaxtımızda olduğu kimi çətinlik çəkməyəcəyik. Bizim dövlətimiz güclüdür və nə istədiyini bilir.

-Qafqazda ilk müstəqil televiziyanın - ANS-in təsisçiləri arasında olanda 22 yaşınız vardı. Bu gün ANS Şirkətlər Qrupuna çevrilən televiziyada nələr dəyişib və nələr dəyişməz olaraq qalıb?

-Hər şey mənim yaddaşımda çox gözəl qalıb. Çünki hesab etmirəm ki, mən çox qocalmışam. Biz o zamanlar hansısa bir tarix yazmırdıq. Biz sadəcə çalışıb, işləyib qarşımızda duran öhdəlikləri yerinə yetirirdik. Mən bu gün də qaynar nöqtələrə bir müxbir kimi gedirəm. ANS-in inkişafı bu gün də davam edir. Biz o vaxtlar informasiya blokadasını yarmağa çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq. O zaman bu müharibə həqiqətləri idi, bizim savaşımızın doğru olduğunu sübut etmək istəyirdik. Bu gün isə Azərbaycanın çiçəklənməsi, iqtisadi inkişafı haqqında məlumatları bütün dünyaya çatdırmağa çalışırıq. Amma informasiya blokadası sona çatdı demək olmaz. Çünki Azərbaycan nə qədər çiçəklənib ayaq üstə qalxacaq və dünya böyüklərinin sırasında özünə yer axtaracaqsa, o qədər də bizə qarşı informasiya blokadası olacaq.

Biz o blokadanı 25 ildən çoxdur ki, yara-yara gedirik. Avropa özünün birinci idman yarışlarını keçirmək istəyəndə çox gözəl məkan kimi Azərbaycan seçilir. Bütün İslam dünyası özünün növbəti idman olimpiadasını keçirmək istəyəndə Azərbaycanı seçir. Bütün bunlar Azərbaycanı sevən adamların fəaliyyəti nəticəsində həyata keçirilən layihələrdir. Mən onların hamısına, o cümlədən ANS-çilərə də öz təşəkkürümü bildirirəm.

-Allah rəhmət eləsin, ananız Naxış xanım da ANS-ə tez-tez baş çəkərmiş.

-Mənim anam, atam və Mirşahinin anası ilə atası ANS-in yaradıcılarıdır. Biz öz analarımız, atalarımız arasında heç bir fərq qoymuruq. Məhz onların tərbiyəsi, verdiyi təhsil, biliklər və Vətənə olan sevgisi bizi bu səviyyəyə gətirib.

-Jurnalist, rejissor, idmançı, biznesmen ... Bəs baykerliyə maraq haradandır?

-Mən baykerliklə 13 yaşımdan məşğul olmağa başlamışam. Bunu idman naminə, asudə vaxt keçirmək üçün etmirik. Çalışırıq ki, hansısa xeyirxah işlərə istiqamətləndirək. Məsələn, bizim sonuncu motoyürüşümüz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə həsr olunmuşdu. Sözsüz, bizim borcumuz idi ki, dünya ictimaiyyətinin diqqətini bu layihəyə yenidən yönəldək. Mən deyə bilmərəm ki, bizim bu motoyürüş nəticəsində hansısa bir dəyişiklik olacaq. Amma bu yürüşdə bizə Gürcüstan, Türkiyə baykerləri qatıldı. Bu hadisə bütün Azərbaycan, Türkiyə, Gürcüstan mətbuatında yayıldı və biz ictimaiyyətin diqqətini cəlb edə bildik.

Şəkidə böyük Motofestival keçirdik. Bilirsiniz ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə bağlı Prezidentimizin Sərəncamı var. Biz də çalışırıq ki, bu festivalları tək Bakıda yox, paytaxtımızdan kənarda, bizim gözəl guşələrimizdə də keçirək. Biz artıq ikinci ildir ki, Şəkidə Motofestival keçiririk. Bu, bütün Qafqazın festivalıdır. Bütün Qafqaz ölkələrinin baykerləri oraya toplaşırlar.

-Çox sağ olun.

Aygün Həsənova

Xanım Nağıyeva

AZƏRTAC-ın müxbirləri

Rejissor Vahid Mustafayev: Bizim dövlətimiz güclüdür və nə istədiyini bilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişiklikləri Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq