ELM VƏ TƏHSİL
Rektor AzTU-nun türkiyəli tələbələri ilə videoformatda görüş keçirib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin türkiyəli tələbələri ilə videoformatda görüş keçirib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor pandemiya dövründə tələbələrin sosial vəziyyətində yaranan çətinliklərlə maraqlanıb. Eyni zamanda, onlayn dərslərin gedişi və yay imtahan sessiyasının keçirilmə prosesi haqqında da fikir mübadiləsi aparılıb.
Görüş zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]