Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rənglərin kədər səsi

Xocalı faciəsi rəssamlarımızın yaradıcılığında

Bakı, 22 fevral, AZƏRTAC

Zamanında hər bir xalqın tuş gəldiyi hadisələrə onun sənətkarları tərəfindən tutulan “bədii güzgü”nün gələcək nəsillər üçün bütün mənalarda əhəmiyyət kəsb etməsi danılmazdır. Hələ ötən əsrin əvvəllərində Azərbaycan təsviri sənətinin inkişafında müstəsna rolu olan Bəhruz bəy Kəngərlinin (1892-1922) yaratdığı və erməni təcavüzkarlığını ifşa edən bədii-tarixi əhəmiyyətli “Qaçqınlar” qrafik silsiləsinin bu gün də müasir görünməsi dediklərimizi təsdiqləyir. O vaxt İrəvan xanlığındakı dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın Naxçıvana pənah aparmalarına görkəmli fırça ustasının özü şahidlik etmişdi. Onlara imkanı çərçivəsində maddi qayğı göstərən gənc rəssam baş verənlərin tarixi-bədii sənədə çevrilməsi istiqamətində əvəzsiz bir iş görmüş, ağır vəziyyətdə olmuş insanların taleyinə həsr olunmuş çoxsaylı əsərləri ilə erməni vəhşiliyinin danılmazlığını tarixi həqiqət kimi qəbulunu şərtləndirmişdir. Bəzən tarixi hadisələrin mahiyyətini isti-isti bədii-estetik süzgəcdən keçirib yaddaqalan əsər yaratmaq çətin olsa da, bu gün də Qarabağ probleminin çözülmədiyi bir şəraitdə Azərbaycanın təsviri sənət ustaları xalqının tuş gəldiyi bu müharibəyə və onun yaddaqalan hadisələrinə öz münasibətlərini bildirmələri, ilk növbədə, onların yaşadıqları dövrə yaddaqalan-ittihamedici “bədii güzgü” tutduqlarının göstəricisidir. Bu mənada onların həm də sənətkar-vətəndaş mövqeyini əks etdirən Xocalı faciəsinə həsr olunmuş əsərlərinin tarixi tutumuna görə əhəmiyyəti ölçüyəgəlməzdir.

Azərbaycanın rəssam və heykəltəraşlarının tariximizin heç vaxt unudulmayacaq “Xocalı səhifəsi”nə bədii münasibətləri əslində onların Bəhruz bəy Kəngərli ənənəsini davam etdirmələrinin əyani görüntüsüdür...

Hadisələrin bilavasitə iştirakçısı olan, torpaq uğrunda gedən ölüm-dirim mübarizəsinə şahidlik edən sənətkarların rəngə və cizgiyə, eləcə də daşa, mərmərə və tunca köçürdüklərində başqalarında baş verənlərə inam yaradacaq bədii-mənəvi güc daha etibarlı olur. Bu mənada xalq rəssamı Xanlar Əhmədovun fəaliyyəti xüsusilə yaddaqalandır. Tanınmış heykəltəraş sonralar “Əsrin faciəsi” kimi dəyərləndiriləcək, məşhur Xatın dəhşətinə bərabər tutulacaq Xocalı qətliamına bədii münasibətini elə hadisənin ilk ildönümündə sərgilədi. O, bir il ərzində bütün digər yaradıcı işlərini kənara qoyaraq Xocalı mövzusunda bədii cəhətdən çox tutumlu sayıla biləcək əsərlər yaratdı. Müxtəlif materiallarda gerçəkləşən 25 heykəltəraşlıq kompozisiyasında faciənin çox maraqlı plastik həllini görmək mümkündür.

Xocalı faciəsinə həsr olunmuş respublika müsabiqəsində iki il dalbadal (2011 və 2012) qalib adına layiq görülmüş heykəltəraşın əsərlərində faciənin yaddaqalan obrazlı plastik ifadəsi tapılmışdır.

Zamanında rəssam Nazim Məmmədovun (1934-2004) nümayiş etdirdiyi yaradıcı mövqe də çoxlarına nümunə olmağa layiqdir. Belə ki, özünün xəstə olmasına baxmayaraq, telejurnalist Çingiz Mustafayevin faciəni əks etdirən kadrlarının televiziya ekranda nümayişini görən tanınmış cizgi filmləri rəssamı Nazim Məmmədovun yuxusu ərşə çəkilmiş, onu gecə-gündüz qətliamın dəhşətlərini özündə yaşadan əsərlər yaratmağa sövq etmişdi. Sayı əlliyə çatan bu əsərlər faciənin 10 illiyi günlərində Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın “Xocalı harayı” adlanan fərdi sərgisində nümayiş etdirildi. Sonra rəssam tamaşaçıların böyük marağına səbəb olan həmin işləri elə onların nümayiş olunduğu muzeyə hədiyyə etdi..

Xocalı faciəsinə həsr olunmuş təsviri sənət əsərlərindən söz açanda tanınmış rəssam Vaqif Ucatayın elə hadisənin baş verməsindən az sonra işlədiyi “Xocalı” plakatının adını xüsusi qeyd etmək lazımdır. Yaradıldığı gündən dünyanı dolaşan bu əsər bəlkə də Xocalı faciəsinin obrazını əks etdirən ən təsirli sənət nümunəsidir. Plakatın tələblərinə uyğun çox yığcam detallardan ibarət olan əsərdə sinəsinə xəncər sancılmış körpə və “Xocalı. 1992” sözləri yer almışdır. Qanına qəltan olunmuş körpə təsvirinin doğurduğu nifrəti sözlə ifadə etmək bəlkə də mümkünsüzdür. Belə sənət əsəri qarşısında tamaşaçının da biganə qalmayacağı birmənalıdır.

Rəssam “Bax! Gör! Unutma!” adlı qrafik silsiləsini Qarabağ müharibəsinin hadisələrinə şahidlik etmiş insanların söylədikləri əsasında işləmişdir. Burada Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin təsirli bədii əksi də yer almışdır. Odur ki, reallığına şübhə olunmayan əsərlər həm də tarixi-bədii sənəd mahiyyəti daşıyır. Rəssam fırçasının qüdrəti ilə reallaşan bu təsvirlərdə erməni vandalizminin nəhayətsizliyi inandırıcı və çox təsirlidir...

Qarabağ müharibəsinə öz yaradıcılığında geniş yer ayıran rəssamların sırasında Əməkdar Rəssam Adil Rüstəmovun da adı var. Onun 2010-cu ildə təşkil olunmuş “Qarabağ şikəstəsi” adlı sərgisində nümayiş olunan otuza qədər qrafik lövhədə mövzu həllinin cizgilərin emosionallığına köklənməsi əsərlərin təsirliliyini şərtləndirmişdir. Rənglərin kədər çalarlarına tapınan kompozisiyalar olub-keçənlərə bədii ağı kimi qəbul olunur...

Hər il paytaxtımızda faciəni anım mərasiminin keçirildiyi meydanda ucaldılan “Ana kədəri” abidəsində (Aslan Rüstəmov, Mahmud Rüstəmov və Teymur Rüstəmov) də heykəltəraşlar günahsız insanların ağrılı yaşantılarını ifadə etməyə nail olublar.

Qarabağ müharibəsinə ayrı-ayrı rəssam və heykəltəraşların fərdi münasibətinin baş tutması ilə yanaşı, respublikada bütün yaradıcı qüvvələri bu mövzuya cəlb edəcək müsabiqə-sərgilər də təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdikləri sənət yarışmasının Xocalı faciəsinə həsr olunması da bunun göstəricisidir. 2011 və 2012-ci illərdə keçirilən müsabiqə-sərgidə respublika təsviri sənət ustalarının bu mövzu ilə bağlı nümayiş etdirdikləri əsərlər göstərdi ki, fırça və tişə ustalarının əsrin faciəsinə diqqəti və şəhidlərin xatirəsinə ehtiramı ölçüyəgəlməzdir. Bu müsabiqənin əsas mükafatlarına layiq görülmüş əsərlər sırasında istedadlı fırça ustası Asif Azərellinin “Belə də haqsızlıq olar?” (2011) tablosunda erməni daşnaklarının Azərbaycan mədəniyyətinə yönəli vəhşilikləri özünün çox ifadəli əksini tapmışdır... Üfüqi kompozisiyada işğalçı erməni əsgərinin ayaqları və onun ətrafına səpələnmiş maddi-mədəniyyət nümunələrimizin, Qarabağın muğam ifaçıları ilə bağlı atributların (tar, kamança, qaval, xanəndələrin fotoları və s.) təsvirləri kifayət qədər diqqətçəkən və yağı düşmənə qarşı nifrət hissi oyadıcıdır.

Respublikanın Əməkdar Rəssamı Fərman Qulamovun (1943-2016) mükafata layiq görülmüş “Vəhşilik” (2012) tablosunda isə Xocalıda baş verən qətliam özünün obrazlı ifadəsini tapmışdır.

Gənc rəssam Günay Mehdizadənin son vaxtlar yaratdığı “Xocalı” tablosunu məna-məzmun yükünə görə bu mövzuda yaradılan ən təsirli əsərlərdən saymaq olar. Düşmən əməllərini ifşa edən üfüqi kompozisiyada faciəni real və xəyali obrazlarla ifadə edən rəssam, qənaətimizcə, Azərbaycan rəssamlığında bu mövzuya həsr olunmuş yaddaqalan tablolardan birini yaratmağa nail olub. Çoxfiqurlu əsərdə şəhidin ucalığa qaldırılması, həlak olmuş ana-bala ruhunun ittihamedici duruşu, ahıl nənə ilə əli milli bayraqlı qız uşağının qələbəyə ümidli fiqurları və digər çoxsaylı təsvirlər düşmənə nifrət aşılayan bədii-psixoloji tutumuna görə diqqətçəkən və yaddaqalandır...

Yeri gəlmişkən, 2011 və 2012-ci illərdə keçirilən müsabiqə-sərgilərdə tamaşaçı rəğbəti qazanmış əsərlər sırasında Bəyim Hacıyeva, Sirus Mirzəzadə, Nazim Məmmədov, Tural Həsənli, Nəvai Metin, Nazim Rəhmanov, Həmzə Abdullayev, Nizami Hüseynov, İlqar Əkbərov, Vidadi Əhmədov (hamısı rəngkarlıq), Mayis Əliyev, Rövşən Məmmədov, Etibar Aslanov, Arif Həsənov, Nigar Babayeva, Həşim Elçiyev (hamısı qrafika), Zakir Əhmədov, Vüqar Quliyev, İslam Abdullayev, Cəlil Qaryağdı, Fuad Cəfərov, Sahib Quliyev (hamısı heykəltəraşlıq), Adil Şıxəliyev (qobelen) və Rauf Əbdülhüseynoğlu (keçə) kimi sənətkarların yaratdıqları əsərləri qeyd etmək olar.

Rafael Muradovun “Qaçqınlar”, Nadır Bayrışovun “Şəhid” və “Məcburi köç”, Kərim Cəlalın “Zamanın izi”, İsmayıl İsmayılovun “Mübariz”, Natiq Fərəcullazadənin “Şəhid önündə” və “Ruhların gəzintisi”, Namiq Məmmədovun “Faciə”, Fikrət İbrahimovun “Gələcək naminə”, Kamal Əhmədin “Şərqin faciəsi” və Natiq İsmayılovun “Xocalı faciəsi” rəngkarlıq tablolarında, Sabir Çopuroğlunun “Xocalı harayı”, Arif Hüseynovun “Qarabağnamə” silsiləsində, Bayram Qasımxanlının “Faciələrimiz” və “Təcavüz”, Şamxəlil Məmmədovun “Xocalı qaçqını”, Səbuhi Məmmədovun “Yaralı ana” və “Ayrılıq”, Arif Həsənovun “Qalx, ana torpaq” və “Qanlı gecə” qrafik lövhələrində Emin Aslanovun “Xocalı” adlı silsilə plakatlarında, Fəxrəddin Əliyevin “Xocalı qaçqınları”, Tarverdi Quliyevin “Qarabağ motivi”, Natiq Əliyevin “Yaralı”, Məmməd Rəşidovun “Daşın göz yaşları” heykəltəraşlıq kompozisiyalarında rəngə, cizgiyə və bərk materiallara hopmuş tarixi həqiqətlər çox inandırıcı qəbul olunur...

Xalq Rəssamı Arif Hüseynovun yaddaqalan son işlərindən sayılan “Qarabağnamə” silsiləsində Xocalı faciəsinə həsr olunmuş triptixdə yer alıb. Mərkəzi hissədə törədilmiş qətliam haqqında informasiya və dünyaya yayılmaqda olan insan harayını şəhidlərin və onlara ağı deyənlərin təsviri ilə əhatələyən müəllif ağ-qara cizgilərlə işlənmiş kompozisiyanı təsirli-ittihamedici bədii-tarixi qaynağa çevirə bilmişdir.

Yaxşı haldır ki, Qarabağ həqiqətlərinin Azərbaycan sərhədlərini aşdığı bir şəraitdə onun beynəlxalq aləmdə tanınmasına xarici ölkələrdə yaşayan rəssamlarımız da öz töhfələrini verməkdədirlər. Bu mənada qardaş Türkiyədə yaşayan yaradıcı soydaşlarımızın fəaliyyətini xüsusi vurğulamaq istərdik. 2008-ci ildə İstanbulda təşkil olunan “Yaralı Qarabağ” sərgisində nümayiş olunan çoxsaylı əsərlərdə Qarabağ müharibəsinə tutulan “bədii güzgü” kifayət qədər təsirli və ittihamedici idi. Heykəltəraş Səid Rüstəmin “Xocalı” kompozisiyasında, Ədalət Qaranın “Qarabağın maralı”, “Xocalı faciəsi” və “Qarabağ şikəstəsi”, Səmədağa Cəfərovun “Xəyanət”, Məhəmməd Əliyevin Şəhid”, Sabir Mehdiyevin “Qarabağ atları”, Əbülfəz Fərəcoğlunun “Təcavüz”, Əli Verdiyevin “Xocalı soyqırımı”, Məhəmməd Əliyevin “Xocalı” və “Əsir əsgər”, Məhər Bayramoğlunun “Ana Vətən sevgisi”, Əli Herisçinin “Savaş sfinksləri” triptixini, Vahid Talıbın “Labirint” və Teymur Rzayevin “Qayıdış” əsərlərində erməni təcavüzünü pisləyən, hər kəsi torpaq uğrunda müqəddəs döyüşə səsləyən bədii-mənəvi məqamlar kifayət qədər görünən idi.

Əlavə etmək lazımdır ki, Qarabağ mövzusu Rusiya Federasiyasında yaşayan Qüdrət Qurbanov, Rəhman Şıxəliyev və Əsgər Məmmədovun, təhsil sonrası taleyini Belarus Respublikası ilə bağlayan Kamil Kamalın, Almaniyada çalışan Əşrəf Heybətovun və başqalarının da son illər yaradıcılığında davamlı yer tutmaqdadır...

Azərbaycan təsviri sənətinin müasir mərhələsinin inkişafına öz əsərləri ilə xidmət edən sənətkarlarımızın müxtəlif nəsillərinin üzərinə əlavə yaradıcı və mənəvi bir yük düşüb. Bu da onların yaşadıqları zamanın, tuş gəldikləri hadisələrin bədii salnaməsini yaratmaqla, onu bədii-tarixi sənədə çevirib gələcək nəsillərə ötürməkdir. Yuxarıda haqqında qısa söz açdığımız əsərlərin timsalında demək olar ki, bu istiqamətdə yaddaqalacaq işlər görülməkdədir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur