İDMAN


Reqbi üzrə dünya çempionatının ilk oyununda Yaponiya komandası Rusiya yığmasını məğlub edib

Tokio, 21 sentyabr, AZƏRTAC

Reqbi üzrə dünya çempionatının ilk oyununda Yaponiya komandası Rusiya yığmasını məğlub edib.

AZƏRTAC xəbər verir ki, müasir və ənənəvi rəqslərin də yer aldığı təntənəli açılış mərasimindən sonra çempionatın ilk oyunu Yaponiya ilə Rusiya milliləri arasında keçirilib.

İlk oyunda Kotaro Matsuminin het-triki daxil olmaqla dörd cəhd göstərən Yaponiya komandası Rusiya yığmasını 30:10 hesabı ilə məğlub edib.

Həmin cəhdlər Yaponiya yığması üçün bonus xallar gətirib ki, bu da komandanın play-off mərhələsində irəliləməsinə kömək edə bilər.

Xatırladaq ki, noyabrın 2-dək davam edəcək çempionatda ümumilikdə 48 oyun keçiriləcək. On iki məkanda təşkil olunan çempionatda 20 komanda seçmə mərhələdə mübarizə aparacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.