ELM VƏ TƏHSİL


Rəsədxana kosmik hava durumunu və proqnozunu açıqlayıb

Rəsədxana kosmik hava durumunu və proqnozunu açıqlayıb

Bakı, 6 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu və proqnozunu açıqlayıb.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Bu gün üçün hesabatda G1 səviyyəli qasırğa qeyd edilib. Hazırda isə Kp indeksi 4-ə bərabərdir.

Martın 6-dan 8-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M sinif 55 faiz (R1-R2), X sinif isə 10 faiz (R3) təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə pik səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Geomaqnit sahəsinin CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə bir qədər aktivləşəcəyi proqnozlaşdırılsa da, növbəti 3 günlük periodda geomaqnit qasırğası gözlənilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.