MƏDƏNİYYƏT


Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzindəki atlara tibbi xidmət göstərilib

Bakı, 23 aprel, AZƏRTAC

Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 23-də nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib.

Müəssisəyə ilkin maddi yardım təqdim olunub, atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.