MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanası əlillərlə bağlı silsilə materiallar hazırlayıb

Bakı, 5 may, AZƏRTAC

Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir.

Təsadüfi deyil ki, hələ 2008-ci ildə Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olub.

Müstəqil dövlətimizin gələcəyi olan gənclərin milli-mənəvi tərbiyə işində yaxından iştirak edən Respublika Gənclər Kitabxanası, gənclərin kitabxana vasitəsilə informasiyanı əldə etməsi və maariflənməsi işində sağlamlıq məhdudiyyəti olan əlil və fiziki qüsurlu istifadəçilərini də daim diqqət mərkəzində saxlayır.

AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi 2021-ci ildə də kitabxana "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa və beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq əlillərin və fiziki məhdudiyyətli şəxslərin öz hüquqlarına dair ədəbiyyatla tanış olması istiqamətində maarifləndirici tədbirlərini davam etdirərək, pandemiya şəraitinə uyğun bir sıra virtual tədbirlər həyata keçirib. Kitabxana “Əlilliyi olan şəxslərin hüquqları haqqında” virtual sərgi, “Beynəlxalq əlilliyi olan şəxslər günü” adlı videoçarx, “Əlillərə diqqət və qayğı mənəvi borcumuzdur” başlığı altında ədəbiyyat siyahısı tərtib etmişdir. Ədəbiyyat siyahısında beynəlxalq təşkilatlar, ayrı-ayrı qurumlar və şəxslərin əlillik haqqında fikirlərindən sitatlar, mövzu üzrə 45 kitab, 2018-2021-ci ildə dövri mətbuatda çıxan məqalələr xronoloji ardıcıllıqla verilib. Ədəbiyyat siyahısına “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tam mətni də əlavə edilib.

Sözügedən mövzuda hazırlanan videoçarxda isə əlilliyi olan şəxslərin hüquqlarını əhatə edən sənədlər, yazı materialları öz əksini tapıb. Videoçarxda ölkəmizdə məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası mövzusuna toxunulmuş, əlil olan şəxslərin iştirakı ilə keçirilən tədbirlər haqqında məlumat verilmiş, fotogörüntülər təqdim edilib.

Hər üç material kitabxananın saytında, instaqram və feysbuk səhifəsində yerləşdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.