MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasının növbəti şüarı - “Hər kəs bir kitab oxusun”

Bakı, 14 fevral, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Yasamal rayonunda yerləşən mərkəzi parkda “Hər kəs bir kitab oxusun” şüarı adı altında sakinlərlə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı bu günün önəmindən danışılıb, tarixinə nəzər salınıb.

Kitabxananın əməkdaşı Ülkər Nağıyeva sakinlərə kitabxananın fəaliyyəti, fondu haqqında geniş məlumat verib, sakinlərin suallarını cavablandırıb.

Görüş zamanı sakinlərə Azərbaycan tarixilə bağlı disk və rus dilində ədəbiyyat nümunələri hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.