CƏMİYYƏT
Respublika Müalicəvi Diaqnostika Mərkəzi Qubada ödənişsiz müayinə kampaniyası keçirib
Bakı, 6 noyabr, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzi tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasında tam pulsuz müayinə kampaniyası həyata keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kampaniya sayəsində 300-ə yaxın Quba sakini Respublika Müalicəvi Diaqnostika Mərkəzinin təcrübəli həkimləri tərəfindən müayinə olunublar.
Kampaniya zamanı müayinə olunan hər kəsə müraciət etdiyi problemlə bağlı ilkin diaqnoz qoyulub. Nevropatoloq, pediatr, cərrah, kardioloq, ginekoloq, qastroenteroloq, uroloq və ultrasəs müayinə xidmətlərindən yararlanmaq üçün Quba, Qusar, Xaçmaz və digər qonşu rayonların yüzlərlə sakini Quba Rayon Mərkəzi Xəstəxanasına üz tutub.
Mərkəz bundan sonra tez-tez ödənişsiz müayinə kampaniyaları həyata keçirəcək.