İDMAN


Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 8-9-da Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə qadınlar və kişilər iştirak edəcəklər.

AAF-dan AZƏRTAC-a bildiriblər ki, çempionatda qaçışın 7 (60, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə yarışlar keçiriləcək. Bundan başqa, atletlər tullanmanın üç (uzunluğa, hündürlüyə, üçtəkanlı) növləri və nüvəitələmə üzrə də mübarizə aparacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.