İDMAN


Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Bakı, 16 iyul, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasında beşinci tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, A qrupunda İsmayıl Qurbanov və Səbinə Rzalı, B qrupunda isə Yunis Mahmudzadə və Muhamməd Həşimli bütün turlarda qələbə qazanaraq liderlər qrupunda yer alıblar.

Olimpiada İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Turnirdə respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.