CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun yeni kitabı çıxıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin “Ощутимые землетрясения Азербайджана за период 2003-2008 гг.” monoqrafiyası işıq üzü görüb.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Elm” nəşriyyatında çap edilən kitab Azərbaycan ərazisinin seysmikliyinə həsr olunub. Tədqiq olunan illər üzrə zəlzələlərin kinemetrik və dinamik parametrlərinin analizi aparılıb, hiss olunan və güclü zəlzələ ocaqlarının tektonik bağlılığı göstərilmiş və onların makroseysmik sahələrinə baxılıb.

Kitabda geomaqnit sahəsi gərginliyinin lokal anomaliyalarının seysmikliklə əlaqəsi və seysmomaqnit effekti xassələrinin zəlzələ ocaqları mexanizmindən asılılığı haqqında yeni məlumatlar da öz əksini tapıb.

Geomaqnit sahəsinin gərginlik artımı qradientinin, uzununa və eninə seysmik dalğa nisbətlərinin analizi əsasında seysmogen sahələrdə Yer qabığının gərginlik vəziyyəti qiymətləndirilib.

Kitabın son fəsli yeni seysmoloji tədqiqatların nəticələri əsasında Böyük Qafqaz meqantiklinoriyası, Kür depressiyası və Kiçik Qafqazın Ön Talış sahəsinin müasir geodinamikası məsələlərinə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.