MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası Bilik Günü münasibətilə virtual sərgi təşkil edib

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Bilik Günü münasibətilə məktəblilər üçün virtual sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, virtual sərginin yaradılmasında əsas məqsəd oxucuları zəngin uşaq ədəbiyyatı fondu ilə tanış etməkdir.

Bildirilib ki, vaxtilə ulu öndər Heydər Əliyevin səsləndirdiyi “Təhsil millətin gələcəyidir”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” kimi fikirlər ölkəmizdə təhsilə, elmə və biliyə olan münasibəti əks etdirir. Ölkə başçısı İlham Əliyevin təhsilə qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin siyasətinin uğurlu davamının göstəricisidir.

Sərgi uşaqların yaş qruplarına uyğun olaraq kitabxananın nağıl otağı, kiçik və böyük oxu zallarında sərgilənib.

Tədbirdə kitabxananın əməkdaşları uşaqları sərgidə yer alan Azərbaycan və dünya ədəbiyyatına dair biri-birindən maraqlı və rəngarəng kitablarla ümumi tanış ediblər.

Təqdim olunan videoçarxda uşaq yazarları oxuculara yeni dərs ili münasibəti ilə təbriklərini çatdırıb.

Qeyd edək ki, kitabxana pandemiya şəraiti ilə əlaqədar olaraq, oxuculara onlayn xidmət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.