MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası uşaq yazarlarının videolarını təqdim edib
Bakı, 10 aprel, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirtdiyi #evdəqal layihəsi çərçivəsində uşaqların vaxtlarının səmərəli keçməsini təmin etmək məqsədilə internet səhifəsində tanınmış uşaq yazarlarının videolarını yerləşdirib.
AZƏRTAC xəbər verir ki, kitabxananın reallaşdırdığı bu layihəyə uşaqların sevimli yazarları Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Mehriban Nağıyeva, Aygün Bünyadzadə, Rafiq Yusifoğlu, Solmaz Amanova, Elvira Məmmədova, İranda yaşayan azərbaycanlı uşaq yazarı Fərhad Həsənzadə ilə yanaşı, bir çox məktəblərin ibtidai sinif müəllimələri də dəstək olublar. Belə ki, onların uşaqlar üçün söylədikləri nağıllar, hekayələr, şeirlər kitabxananın sosial şəbəkələrində yayımlanıb.
Videoları kitabxananın clb.az saytından izləmək mümkündür.