ELM VƏ TƏHSİL


Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlanıb

Bakı, 16 fevral, AZƏRTAC

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə artıq göndərilib.

Nəticələrə əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsili idarəetmə orqanlarından, həmçinin ümumi təhsil müəssisələrindən əldə etmək olar.

Xatırladaq ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi fevralın 10-12-də keçirilib. Olimpiadanın növbəti mərhələsinə qeydiyyat fevralın 24-28-də www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq.

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.