ELM VƏ TƏHSİL
Respublikanın 12 şəhər və rayonunda doqquzuncu siniflər üçün buraxılış imtahanları keçirilir
Bakı, 10 iyun, AZƏRTAC
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad, İmişli, İsmayıllı, Quba rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, saat 11:00-da başlanan imtahanlar respublikanın 12 şəhər və rayonunda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 101 imtahan binası, 1695 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 101 ümumi imtahan rəhbəri, 278 imtahan rəhbəri, 2118 nəzarətçi-müəllim, 202 buraxılışı rejimi əməkdaşı (mühafizə), 101 bina nümayəndəsi ayrılıb.
Bu gün keçiriləcək imtahanlarda 22215 şagirdin iştirakı nəzərdə tutulur.