ELM VƏ TƏHSİL
Respublikanın 15 şəhər və rayonunda doqquzuncu siniflər üçün buraxılış imtahanları keçirilir
Bakı, 9 iyun, AZƏRTAC
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan keçirilən 15 şəhər və rayonda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsi ayrılıb.
Bu gün keçirilən imtahanlarda 21 min 423 şagirdin iştirakı nəzərdə tutulur.