ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin keçirilmə vaxtı açıqlanıb

Bakı, 6 sentyabr, AZƏRTAC

2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 9-dan 16-dək davam edəcək.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.