İDMAN


Rinqdə qazanılacaq qələbələr Azərbaycan əsgərinə həsr olunacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna növbəti dəfə dəstək nümayiş etdiriblər.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığmamızın üzvləri hər bir vətəndaşımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini və düşmənə tezliklə qalib gələcəyimizi vurğulayıblar.

Boksçularımız Dağlıq Qarabağda baş verən hadisələrdə Azərbaycana dəstək olan türkiyəli qardaşlarımıza minnətdarlıq ediblər. Bildirilib ki, rinqdə qazanılacaq hər bir qələbə Azərbaycan əsgərinə həsr olunacaq.

Daha sonra millimiz qardaş ölkənin yığması ilə birgə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.