MƏDƏNİYYƏT
“Ritm bir dünyadır”
Sumqayıt, 22 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi əhalinin yay mövsümündə asudə vaxtının səmərəli təşkili məqsədilə silsilə tədbirləri davam etdirir. Bu məqsədlə Nəsimi adına Mədəniyyət və İstirahət Parkındakı “Yaşıl teatr”da növbəti “Ritm bir dünyadır” konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Nəriman Nərimanov adına Mədəniyyət Evində fəaliyyət göstərən “Rövşən” ritm qrupu çıxış edib. Rövşən Cabbarovun rəhbərlik etdiyi qrupun təqdim etdiyi rəngarəng musiqi nömrələri şəhərin sakinləri tərəfindən böyük maraqla izlənilib.
Konsertdə, həmçinin aşıq Elməddin Məmmədli, “Eurovision” mahnı müsabiqəsinin seçim turunun iştirakçısı Ramin Quliyev, Türkiyənin “O səs Türkiyə” mahnı yarışmasının iştirakçıları Varis və Ceyhun Əkbərov qardaşları, eləcə də gənc muğam ifaçısı Şamo Qədirov çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]