SİYASƏT


Riyad Əl-Maliki: Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq VİDEO

Riyad Əl-Maliki: Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq VİDEO

Ramallah, 30 mart, AZƏRTAC

Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə brifinqdə deyib.

Azərbaycan və Fələstinin dost ölkələr olduğunu deyən nazir C.Bayramov ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı yollarını müzakirə etdiklərini deyib. O, fələstinli tələbələr üçün təhsil proqramı təqdim etməsinə və Fələstində məktəb inşa etmək təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib.

Riyad Əl-Maliki yaxın vaxtlarda Fələstində Azərbaycan nümayəndəliyinin açılışının olacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.