ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda akademik Roald Saqdeyevin məruzəsi dinlənilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda görkəmli alim, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Saqdeyev “KAM (Kolmoqorov, Arnold, Moser) teoreminin 50 ili” mövzusunda məruzə ilə çıxış edib.

Alim elmi fəaliyyətinin formalaşma mərhələlərindən danışıb və müəllimi olmuş L.Landau, V.Ginzburq haqqında xatirələrini bölüşüb, sualları cavablandırıb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov dünyada tanınan, fizika elminə, xüsusilə kosmik fizika sahəsinə böyük töhfələr vermiş akademik Roald Saqdeyevin elmi yaradıcılığının əhəmiyyətini vurğulayıb.

Tədbirdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev və Milli Aviasiya Akademiyasının prorektorları, tanınmış alim və mütəxəssislər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.