ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Birgə lay-quyu sistemində qazın süzülmə prosesinin modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda tətbiqi riyaziyyat şöbəsinin aparıcı elmi işçisi Elxan Abbasovun mövzu üzrə məruzəsi dinlənilib. Məruzədə qazın süzülmə prosesinin inteqral modeli qurularaq quyuağzı təzyiqin dəyişmə qanunu nəzərə alınmaqla lay-quyu sistemində qazın birgə qeyri-stasionar hərəkət tənliklərinin həlli məsələləri diqqətə çatdırılıb. Qeyd olunub ki, quyunun ani olmayaraq bağlanması zamanı quyuağzı və quyudibi təzyiqlər tapılır. Lay-quyu sisteminin dinamik əlaqəsi və quyuya qaz axınının ani olmayaraq dayanması nəzərə alınmaqla təzyiqin bərpa əyrisini öyrənməyə imkan verən analitik ifadələr alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.