İDMAN


Roberto Bordin: Oyun elə də asan alınmadı

Bakı, 10 fevral, AZƏRTAC

Qələbə qazansaq da, oyun elə də asan alınmadı. Çünki rəqib, demək olar, bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yarada bildik. Bu vəziyyətlərin birindən Emin Mahmudov çox gözəl istifadə edib qol vurdu. Oyunu sonadək idarə edən tərəf biz idik. Vurulan topdan sonra da çoxlu qol epizodları yaratdıq. Əlbəttə, müdafiədə boşluqlarımız oldu, amma Səlahət Ağayev qapımızın toxunulmazlığını qoruya bildi. Hesabı daha da artırmaq istəyirdik, amma Dabo və Sansone şanslarından istifadə edə bilmədilər. Qələbə münasibətilə komandamı təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 16-cı turunda "Keşlə” klubu ilə oyunsonrası təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Təcrübəli mütəxəssis kluba yeni cəlb olunmuş italyan hücumçu və digər oyunçular haqqında da danışıb: "Sansoneni yaxşı tanıyıram, İtaliya çempionatında oynayırdı. Komandaya uyğunlaşması üçün ona vaxt lazımdır. Platellasa gəlincə, həm hücumda, həm də müdafiədə bizə çox kömək edir, ondan razıyam. Deməzdim ki, Rəhman Hacıyev hansısa oyunçudan geri qalır, onunla bağlı heç bir problem yoxdur. Sadəcə, hər bir rəqibə uyğun taktika seçirik. Mirabdulla Abbasov bu gün qol vəziyyətlərindən istifadə edə bilməsə də, komandaya xeyri dəydi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.