İDMAN


Ronaldoya FIFA-nın xüsusi mükafatı təqdim olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo FIFA-nın xüsusi mükafatına sahib olub.

AZƏRTAC xəbər verir ki, 37 yaşlı hücumçu yığmada vurduğu qolların sayına görə bu mükafata layiq görülüb.

Təcrübəli forvard hazırda 111 qolla milli komandada ən çox fərqlənmiş futbolçudur.

Qeyd edək ki, FIFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.