DÜNYA
“Royal Mint” 1100 illik tarixində ən böyük sikkəni hazırlayıb
London, 29 aprel , AZƏRTAC
Böyük Britaniyanın “Royal Mint” sikkəxanası 1100 illik tarixində ən böyük sikkəni hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallıqda sikkələr istehsal edən “Royal Mint” 20 santimetr enində və 10 kiloqram ağırlığında yeni sikkə istehsal edib.
“Usta işi” kimi xarakterizə edilən və 10 min funt-sterlinq dəyərində olan sikkənin hazırlanması 400 saat çəkib. Yalnız bir ədəd hazırlanan sikkə adının açıqlanmasını istəməyən bir şəxs tərəfindən alınıb.
1953-cü ildə Kraliça II Elizabetin tacqoyma mərasimində Vestminster Abbeyinə gedən yolda olan 10 daş heykəldən ilhamlanaraq hazırlanan sikkənin üzərində at, aslan, şahin, öküz, əjdaha kimi heyvanlar təsvir olunub.
Bu 2017-ci ildən bəri istehsal olunan “Kraliçanın heyvanları” kolleksiyasının sonuncusu idi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]