İQTİSADİYYAT


“Royalbank”ın balansındakı müxtəlif növ avadanlıq və əşyalar açıq hərraca çıxarılacaq

“Royalbank”ın balansındakı müxtəlif növ avadanlıq və əşyalar açıq hərraca çıxarılacaq

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Royalbank” ASC-nin balansındakı müxtəlif növ avadanlıq və əşyalar açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınar əmlakların ilkin satış qiyməti 10 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.