İQTİSADİYYAT
Rüfət Bayramov: Gəncədə və “Qırmızı Körpü” ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır
Bakı, 11 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Gəncədə və “Qırmızı Körpü” ərazisində logistik mərkəzlərin qurulması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransdakı çıxışında Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov deyib.
Azərbaycandakı mövcud logistik mərkəzlərin əhəmiyyətini vurğulayan R.Bayramov gələcəkdə bu mərkəzlərin sayının artacağını bildirib: “Gələcəkdə Gəncədə və “Qırmızı Körpü” ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır. Hər bir bölgəyə uyğun olaraq regionlarda tranzit və logistika mərkəzləri qurulacaq. Artıq Ələtdə belə bir azad ticarət zonası qurulub”.
“Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb. Şimal-Cənub dəhlizi artıq daha intensiv işləyir”, - deyə o əlavə edib.