DÜNYA


Rumıniya parlamenti hökumətə etimadsızlıq votumu təyin edib

Buxarest, 10 oktyabr, AZƏRTAC

Rumıniya parlamenti Baş Nazir Viorika Dançilanın rəhbəri olduğu hökumətə etimadsızlıq votumu təyin edib.

AZƏRTAC xəbər verir ki, səsvermədə 465 deputatdan 298-i iştirak edib. Votumun keçməsi üçün 238 deputat səs verib.

Etimadsızlıq votumunun təyin olunması ilə bağlı müxalifət partiyaları çıxış ediblər. Hökumət Vergi Məcəlləsində infrastruktura, yollara və xarici investisiyalara mənfi təsir göstərən dəyişikliklərə görə tənqid olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.