DÜNYA


Rumıniya prezidenti ölkə səfirliyinin Qüdsə köçürülməsi təklifini dəstəkləməyib

Bakı, 20 aprel, AZƏRTAC

Rumıniya Prezidenti Klaus Yohannis ölkə səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifindən bixəbər olub. O, hökumətin bu təşəbbüsünü beynəlxalq hüquqa zidd hesab edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rumıniya prezidentinin administrasiyası bildirib. “Prezident təsdiqləyir ki, Qüdsün statusu barədə ölkəsinin mövqeyi əvvəlki kimi BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qəbul olunmuş qətnaməsinə uyğundur”, - deyə prezident administrasiyası vurğulayır.

Bu ərəfədə ölkənin hakim Sosial-demokrat partiyasının lideri Liviu Draqnya məlumat verib ki, hökumət Rumıniyanın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinin başlanması barədə memorandum qəbul edib.

Xatırladaq ki, bir qədər əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu azı 6 ölkənin öz səfirliklərini Qüdsə köçürmək üçün hökumətlə ciddi danışıqlar apardığını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.