MƏDƏNİYYƏT


Rumıniyanın “AGERPRES” xəbər agentliyi Novruz bayramı barədə məqalə yayıb

Rumıniyanın “AGERPRES” xəbər agentliyi Novruz bayramı barədə məqalə yayıb

Buxarest, 23 mart, AZƏRTAC

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Novruz bayramı barədə məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Novruz bayramının tarixi haqqında məlumat verilir. Bildirilir ki, mərhəmət və birlik rəmzi olan qədim Novruz Azərbaycan xalqının zəngin mənəviyyatının və humanizm ideyalarının təzahürüdür. Müəllif qeyd edir ki, Novruz bayramı bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzidir. Bayram həm də təbiətin oyanması, sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.

Məqalədə Novruz bayramında bişirilən milli yeməklərimizdən və şirniyyatlardan danışılır, həmçinin ölkəmizin yenidən müstəqillik qazanmasından sonra bayramın yüksək səviyyədə qeyd edildiyi diqqətə çatdırılır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbir

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.