MƏDƏNİYYƏT


Rus Dram Teatrında “Payız sonatası” tamaşasının premyerası olacaq

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 7-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi əsasında hazırlanmış “Payız sonatası” adlı tamaşanın premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru İlqar Safat, dekorasiya rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır. Səhnə əsərinin musiqi tərtibatı İlqar Safatındır. Tamaşada Azərbaycanın Xalq Artisti Lyudmila Duxovnaya, teatrın aktyorları Rumiyə Ağayeva, Natəvan Hacıyeva, Aleksey Saprıkin çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.