ELM VƏ TƏHSİL


Rus bölməsi abituriyentləri üçün kolleclərə ərizə qəbulu sistemi yenidən aktivləşdirilib

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən rus bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu bu il martın 1-dən 27-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının birinci mərhələsində iştirak edən abituriyentlər mayın 18-dən 29-dək ekabinet.dim.gov.az internet səhifəsində “şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsindəki “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər. Həmin tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri iyunun 10-da keçiriləcək Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə biləcəklər. Yəni bu abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.

Qeyd edək ki, kolleclərin müsabiqəsində iştirak üçün martın 1-dən 27-dək qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 6-dan avqustun 6-dək qeydiyyatdan keçib müsabiqədə iştirak imkanı yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.