ELM VƏ TƏHSİL
Rus dili fənni üzrə seminarlar keçirilmişdir
Bakı, 21 fevral AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) rus dili fənni üzrə dərslik və metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminarlar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ədəbiyyat dərsliyinin və metodik vəsaitin müzakirəsi aparılmışdır.
İclasda dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş, təkliflər verilmişdir.
Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
Digər seminarda ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün rus dili (təlim Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərsliyi və metodik vəsait müzakirə olunmuşdur.
Müzakirələrdə iştirak edənlər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş, təkliflər vermişlər.