İDMAN
“Rusiya 2018”: “C” qrupunda səkkizdəbir finala ikinci vəsiqəni kim qazanacaq?
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-da futbol üzrə XXI dünya çempionatının “C” qrupunda sonuncu turun oyunları start götürüb. Bu qrupda yer alan Fransa millisi səkkizdəbir finala vəsiqəni vaxtından qabaq təmin edib. Pley-offa ikinci vəsiqənin taleyi isə bu gün keçirilən Avstraliya-Peru və Fransa–Danimarka oyunlarının nəticələrindən asılı olacaq.
AZƏRTAC xəbər verir ki, Avstraliya millisinin start heyətində Meti Rayan, Mark Milliqan, Metyu Leki, Tomi Yuriç, Robbi Kruz, Aaron Muy, Mile Yedinak, Aziz Bexiç, Coşua Risdon, Trent Seysberi və Tommi Roqiç yer alıblar.
Peru yığmasının heyətində meydana Pedro Qalese, Anderson Santamariya, Miqel Trauko, Kristian Kueva, Paolo Qerrero, Renato Tapia, Kristian Ramos, Luis Advinkula, Andre Karrilo, Yosimar Yotun və Edison Florens çıxıblar.
Xatırladaq ki, hesabında 6 xal olan Fransa qrupda birinci yerdə qərarlaşıb. Danimarka 4 xalla ikinci, Avstraliya 1 xalla üçüncü, hər iki oyunda uduzan Peru isə sonuncu yerdədir.
Avstraliya və Peru komandaları Soçidəki “Fişt” stadionunda qarşılaşırlar.
Qrupun digər oyunu – Danimarka-Fransa matçı isə Moskvadakı “Lujniki” stadionunda keçirilir.
Danimarka yığmasının start heyətində meydana Kasper Şmeyxel, Simon Ker, Andreas Kristensen, Tomas Dileyni, Kristian Eriksen, Martin Bretueyt, Matias Yorqensen, Henrik Dalsqor, Lens Stryuqer Larsen, Andreas Kornelius və Pione Sisto çıxıblar.
Fransa yığmasının ilk on birliyində isə Stiv Mandanda, Presenel Kimpembe, Rafael Varan, Antuan Qrizmann, Toma Lemar, Olive Jiru, Usman Dembele, Nqolo Kante, Stiven Nzonzi, Cibril Sidibe və Luka Ernandes yer alıblar.
Avstraliya-Peru oyunu İdman Azərbaycan, Danimarka-Fransa matçı isə İctimai Televiziya vasitəsilə canlı yayımlanır.