ELM VƏ TƏHSİL


Rusiya Elmlər Akademiyasının “Poisk” qəzeti müalicəvi Naftalan neftindən yazıb

Bakı, 30 iyul, AZƏRTAC

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti nömrəsində müalicəvi Naftalan nefti haqqında geniş məqalə dərc edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, məqalədə Naftalan neftinin əsəb, ginekoloji, uroloji və dəri, eləcə də qara ciyər xəstəliklərinin dərmanı olduğu bildirilir. Qeyd olunur ki, dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsində bu neft əvəzsiz vasitədir.

Məqalədə deyilir: “Bu neft vasitəsilə 70-ə yaxın xəstəlik müalicə edilir .“Qara qızıl çeşməsi” adını alan Naftalan Bakıdan 320 kilometrlik məsafədə yerləşir...”

Məqalə ilə daha ətraflı www.poisknews.ru internet səhifəsində tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.